KOBİA tərəfindən daha 18 KOB subyektinə startap şəhadətnaməsi verilib
Startap şəhadətnaməsi almaqla vergi güzəşti əldə etmiş sahibkarların sayı 238-ə çatıb.
Far.Az xəbər verir ki, bununla bağlı startap şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə startap şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
Startap şəhadətnamələri "OpenConnect" MMC-nin startap investor platforması, "LULLA" MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, "İMYEN" MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, "Vebtypely" MMC-nin "no-code" əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, "JSM Solutions" MMC-nin biznes üçün CRM tətbiqi, "Yolüstü Service" MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş sistemi, "Parkhub" MMC-nin parkinq yerlərinin axtarışı və istifadəsi üçün mobil tətbiqi, "Bishir" MMC-nin yemək həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, "Time Agency" MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar Bayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçün rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması, Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə tədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektə əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, "Sale 365" MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün rəqəmsal platforması, "Onvey" MMC-nin onlayn ticarət və çatdırılma xidməti üçün platforma və mobil tətbiqi, "Kinobox" MMC-nin onlayn kinoteatr, "İşgüzar Group" MMC-nin müxtəlif xidmətlər üçün onlayn marketpleysi və "SETM" MMC-nin pirotexniki vasitələrin və partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat kompleksi layihələri üçün təqdim edilib.
Bununla da startap şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb.
Startap şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri startap şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Ətraflı məlumat üçün:
https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













