Kallas: Ukrayna sülhə görə hansı güzəştlərə gedəcəyi barədə özü qərar verməlidir
Bu il Avropa Ukraynaya rekord həcmdə – 27 milyard avro məbləğində hərbi yardım göstərib.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Xarici İşlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə 2 milyon artilleriya mərmisi ötürüb.
"İndi tempi aşağı salmaq vaxtı deyil. Biz Ukraynanın müdafiəsini və danışıqlardakı mövqelərini gücləndirmək üçün daha çox iş görməliyik, çünki Rusiya hələ də sülh yolu ilə həll variantını rədd edir", – o bildirib.
Kallas söyləyib ki, Aİ ölkələrinin xarici işlər nazirləri sülh sazişində etibarlı təhlükəsizlik zəmanətlərinin vacibliyini açıq şəkildə vurğulayıblar, çünki Kiyevdən NATO-ya üzvlükdən imtina tələb olunur.
Diplomatın fikrincə, Aİ Ukraynanın gələcək təhlükəsizliyi və müdafiə qabiliyyətinin təmin olunması üçün əlindən gələni edəcək, o cümlədən hərbi təlimlər və müdafiə sənayesinə dəstək göstəriləcək.
"Lakin sülhə görə hansı güzəştlərə gedəcəyi barədə Ukraynanın özü qərar verməlidir", – Kallas Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya üzvlük "ambisiyalarından imtina" ehtimalı ilə bağlı bəyanatını şərh edərkən deyib.
Kallas əlavə edib ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Şura iştirakçıları ilə keçirilən videokonfransda bu məsələyə dair əlavə izah verməyib: "Lakin biz bilirik ki, NATO-ya üzvlük konstitusiyada təsbit olunub. Buna görə də, əgər onlar güzəştə gedəcəklərsə, əvvəlcə bütün üzv dövlətlər və bütün ölkələr, o cümlədən amerikalılar, onlara yalnız kağız üzərində deyil, real təcrübədə də çox ciddi, hiss olunan təhlükəsizlik zəmanətləri verməlidirlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













