İqor Zubcu: Moldova-Azərbaycan əməkdaşlığı gələcəkdə birgə layihələrin icrasına yol açacaq
Far.Az xəbər saytı

İqor Zubcu: Moldova-Azərbaycan əməkdaşlığı gələcəkdə birgə layihələrin icrasına yol açacaq


Moldova-Azərbaycan əməkdaşlığının gücləndirilməsi gələcəkdə birgə layihələrin icrasına yol açacaq.

"Far.Az" xəbər verir ki, bunu Moldova Milli Həmkarlar İttifaqı Konfederasiyasının sədri İqor Zubcu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında videoçıxışı zamanı deyib.

O, iki ölkənin həmkarlar ittifaqları arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini söyləyib:

"Əminəm ki, gələcəkdə Moldova ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi birgə layihələrin icrasına da yol açacaq".

İ.Zubcu bildirib ki, Azərbaycan istər əmək mühafizəsi, istər hüquqi dəstək, istərsə də sosial xidmətlər sahəsində vacib addımlar atır.

"Biz dünyada həmkarlar ittifaqlarının fəaliyyətini dəstəkləyirik. Bu ilin iyun ayında Beynəlxalq Əmək Təşkilatının Bioloji Təhlükələrə dair Konvensiyasını və tövsiyəsini qəbul etdik. Bu, ilk dəfə olaraq, qlobal standartların müəyyən edilməsidir və sənəddə profilaktika, səhiyyə xidmətlərinə çıxış və kompensasiya ilə bağlı güclü müddəalar yer alır. Növbəti addım konvensiyanın qüvvəyə minməsi üçün ən azı iki ölkənin ratifikasiyası etməsidir. Ümid edirik ki, Azərbaycan bu ratifikasiyanı həyata keçirən ilk ölkələrdən biri olacaq".

Oxşar xəbərlər

Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər