Yaxın zamanlarda Lənkəranda yeni peşə təhsil mərkəzinin açılması nəzərdə tutulur
Far.Az xəbər saytı

Yaxın zamanlarda Lənkəranda yeni peşə təhsil mərkəzinin açılması nəzərdə tutulur


Yaxın zamanlarda Lənkəranda müasir struktura malik yeni peşə təhsil mərkəzinin açılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifələrini icra edən Simnar Mamedov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbir çərçivəsində "Aqrar sahəd dövlət qurumları arasında əməkdaşlıq imkanları" adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, təhsil proqramlarının hazırlanmasından tutmuş regiondakı peşə təhsil müəssisələrinin fəaliyyətinə qədər Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq mümkündür:

"Qəbələ, Bərdə və Cəbrayıl peşə təhsil mərkəzləri buna nümunədir. Ümumilikdə mənzərəyə baxdıqda, Peşə Təhsili üzrə Dövlət Agentliyi kənd təsərrüfatı sahəsi ilə birbaşa və sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın istiqamətləri kifayət qədər genişdir".

S.Mamedov həmçinin bildirib ki, dünyada gedən proseslər kənd təsərrüfatı sahəsində kadrlara ehtiyacın getdikcə daha da artacağını göstərir:

"Bu mənada qısamüddətli kadr hazırlığına çox böyük ehtiyac var".

Xəbər yenilənir...

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər