Ermənistan və Rusiya arasında bir sıra ikitərəfli sənədlər imzalanıb
Far.Az xəbər saytı

Ermənistan və Rusiya arasında bir sıra ikitərəfli sənədlər imzalanıb


Ermənistan və Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclası haqqında protokolu, həmçinin bir sıra ikitərəfli sənədləri imzalayıb.

"Report"un Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənədlər İrəvanda keçirilən Hökumətlərarası Komissiyanın iclasının yekununda imzalanıb.

Tərəflər iclasda iki ölkə arasında ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin bütün kompleksini müzakirə edib, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı üçün addımları müəyyən ediblər.

Ermənistan və Rusiya hökumətlərinin nümayəndələri energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsallaşma, səhiyyə, elm və təhsil sahələrində qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər.

Komissiyanın həmsədrləri Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukdur.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər