Azərbaycan səfiri: Qambiya ilə KİV sahəsində əməkdaşlıq üçün geniş imkanlar var
Azərbaycan və Qambiyanın media qurumları arasında ideya və təcrübə mübadiləsi üçün geniş imkanlar var.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın bu ölkədəki səfiri Nazim Səmədov ölkənin "The Standard" qəzetinin redaksiyasında keçirilən görüş zamanı bildirib.
Məlumata görə, səfir və onu müşayiət edən nümayəndə heyəti baş direktor Salla Cenq və baş redaktor Lamin Çam ilə iki ölkənin KİV-i arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
"Əməkdaşlığın inkişafı Azərbaycan və Qambiya arasında media sahəsində qarşılıqlı anlaşmanın dərinləşməsinə və əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - nəşr yazıb.
Nazim Səmədov həmçinin Qambiyaya səfərindən müsbət təəssüratlarının və iki ölkənin media qurumları arasında ideya və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu qeyd edib. "Bu cür əməkdaşlığın inkişafı Azərbaycanın regional və qlobal məsələlərlə bağlı mövqeyini daha yaxşı çatdırmağa imkan verəcək", - deyə diplomat vurğulayıb.
Salla Cenq və Lamin Çam səfirə "The Standard"ın Qambiya və Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə hər cür köməklik etməyə hazır olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













