Azərbaycanda müasir əyar laboratoriyaları yaradılacaq
Azərbaycanda müasir tələblərə cavab verən əyar laboratoriyalarının yaradılması, onların beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilməsi, eləcə də ixtisaslı kadr potensialının gücləndirilməsi prioritetdir.
"Report" Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumda "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə məlumat verilib.
Məlumata görə, görüşdə həmçinin ölkənin müxtəlif iri zərgərlik obyektlərini və istehsal sahələrini təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak ediblər.
Agentlik sədrinin müşaviri İlqar Həsənov və Assosiasiyanın İdarə Heyətinin sədri Toğrul Abbasquliyevin iştirakı ilə ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə əyar nəzarəti sisteminin formalaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Agentliyin əyar nəzarətinin təşkili ilə əlaqədar bugünədək gördüyü işlər, eləcə də maddi-texniki bazanın qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı əyar mexanizminin hüquqi çərçivəsi və qiymətli metallardan hazırlanmış məmulatların əyarlanması və damğalanması məsələlərindən bəhs edilib. Qeyd olunub ki, bu istiqamətdə atılan addımlar zərgərlik sektorunda bazar iştirakçıları üçün əlverişli mühitin formalaşdırılmasına, istehlakçı hüquqlarının qorunmasına və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













