Mirzoyan və Şekerinskaya regional kommunikasiyaların blokdan çıxarılması perspektivlərini müzakirə ediblər
Far.Az xəbər saytı

Mirzoyan və Şekerinskaya regional kommunikasiyaların blokdan çıxarılması perspektivlərini müzakirə ediblər


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və NATO Baş katibinin müavini Radmila Şekerinskaya regional nəqliyyat və kommunikasiya marşrutlarının blokdan çıxarılmasından sonra əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

"Report" erməni KİV-nə istinadən xəbər verir ki, tərəflər Ermənistanın NATO ilə əməkdaşlığının inkişaf dinamikasını yüksək qiymətləndirərək, birgə iş nəticəsində tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün zəmin yaradıldığını vurğulayıblar.

Mirzoyan yeni ikitərəfli tərəfdaşlıq proqramının təsdiqinin münasibətlərin daha da inkişafına imkan verəcəyinə ümidvar olduğunu bildirib.

Bundan əlavə, görüşdə Ermənistanın NATO ilə müxtəlif əməkdaşlıq formatları, o cümlədən ölkənin dayanıqlılığını gücləndirməyə və islahatların həyata keçirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər