Ukrayna XİN prezident seçkiləri ilə bağlı işlərə başlayıb
Xarici İşlər Nazirliyi (XİN) Ukraynada prezident seçkiləri ilə əlaqədar xaricdəki vətəndaşların səs verməsi üçün lazımi infrastrukturun yaradılması üzərində işləyir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Seçkilər iki şeydən asılıdır: təhlükəsizlik və qanunvericilik. Onların bizdə nə vaxt və hansı formatda keçiriləcəyini dəqiq Vladimir Putin həll etməyəcək. Təhlükəsizlik - səsvermənin mümkün olmadığı əsas şərtdir. Məhz buna görə seçkilər müvəqqəti işğal olunmuş ərazilərdə keçirilə bilməz", -deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna beynəlxalq müşahidəçilər və xaricdə səsvermə ilə ədalətli və şəffaf seçkilər keçirə bilər:
"Xaricdə çox sayda ukraynalının olması səbəbindən proses daha mürəkkəb olacaq, lakin XİN artıq bu məsələnin həlli üzərində işləyir. Bütün vətəndaşların, xüsusilə də cəbhədəki hərbiçilərin səs vermək imkanına malik olması vacibdir. Bu, dövlətin təmin etməli olduğu əsas hüquqdur. Seçkilərin təhlükəsizliyi məsələsi beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə müzakirə olunur. Mümkün variantlardan biri - ən azı, seçki dövründə atəşkəs və ya müharibənin bitməsidir", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kiyevdə azərbaycanlılar raket zərbəsindən zərər görən mülklərinin bərpasına başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













