Şamaxıda kişi qətlə yetirilib, kürəkən şübhəli bilinir
Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Far.Az"a Şamaxı rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.
Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda Püstə Hüseynovaya və Ə.Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Far.Az"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Şeydayev Elbrus saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədə 22 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-2
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Zaqatalada 77 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB
Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB
Azərbaycanda DƏHŞƏT: Tanınmış həkim evində öldürüldü - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
"Gəncə Mall"da oğurluq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq













