Britaniyada pab sahibi nazir və deputatları vergi artımına görə obyektinə buraxmır
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz, ölkədə artan vergilər səbəbindən müəssisənin sahibi onu qara siyahıya saldıqdan sonra artıq sevimli pablarından birinə baş çəkə bilməyəcək.
"Far.Az" xəbər verir ki, bu barədə həftəlik "dailymail" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Marsh Inn pabının sahibi Martin Nouls təkcə Rivzsin deyil, həm də hakim Leyboristlər Partiyasının bütün millət vəkillərinin girişini qadağan edib.
O, müəssisənin müştərilərinin bu xəbəri məmnuniyyətlə qarşıladığını qeyd edib. Nəşr əlavə edib ki, Rivz məhz bu pabda 2024-cü ilin iyul ayında keçirilən ümumi seçkilərdə Leyboristlərin qələbəsini qeyd edib. Nouls nazirin yalnız vergilər azaldıldıqdan sonra müəssisəyə qayıda biləcəyini vurğulayıb.
Ötən həftə televiziya aparıcısı Ceremi Karkson vergi artımları səbəbindən bütün Leyborist millət vəkillərini pabına buraxmayıb. Beləliklə, o, hökumətin büdcəsindən narazı olan pab sahiblərinin başlatdığı ümumxalq "Leyborist millət vəkillərinə yox" kampaniyasına qoşulub.
Oxşar xəbərlər
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır?
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













