Suriyada İŞİD qruplaşmasının terrorçuları saxlanılıb
Far.Az xəbər saytı

Suriyada İŞİD qruplaşmasının terrorçuları saxlanılıb


Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Dəməşqin Dərəya rayonunda İŞİD qruplaşmasının bir bölməsini aşkar edərək yeddi yaraqlını saxlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, daxili təhlükəsizlik qüvvələri kəşfiyyat xidməti ilə birlikdə Dərəya rayonunda əməliyyat keçirib və İŞİD qruplaşmasının bir bölməsini məhv ediblər.

Təhlükəsizlik qüvvələri qruplaşmanın lideri də daxil olmaqla, yeddi terrorçunu saxlayıb.

Müxtəlif silahlar, sursat və nağd pul da müsadirə edilib.

Qeyd edək ki, 19 dekabrda Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu Suriyada İŞİD yaraqlılarına qarşı əməliyyata başlayıb. "NBC News"un mənbələrinə görə, Vaşinqton növbəti bir neçə həftə ərzində terror hədəflərinə zərbə endirməyi planlaşdırır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Ozanyan” dəstəsinin anti-Türkiyə çıxışı – İrəvanın terrorçularla ortaqlığı - ŞƏRH
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər