KİV: İsrailin dron hücumu nəticəsində Livanda "Hizbullah"ın iki döyüşçüsü həlak olub
Far.Az xəbər saytı

KİV: İsrailin dron hücumu nəticəsində Livanda "Hizbullah"ın iki döyüşçüsü həlak olub


İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı Livanın cənubundakı Yater yaşayış məntəqəsinə hücum edib, nəticədə radikal "Hizbullah" təşkilatının iki üzvü həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Janoubia" portalı məlumat yayıb.

Məlumata görə, öldürülən döyüşçülərdən biri pilotsuz uçuş aparatının raket atdığı avtomobili, digəri isə motosikleti idarə edirdi.

İsrail ordusunun nümayəndəsi Avixay Edri isə "X" sosial şəbəkəsində ərəb dilində yaydığı açıqlamada hava hücumunun məqsədinin "Radvan" adlı diversiya xüsusi bölməsinin üzvlərinin zərərsizləşdirilməsi olduğunu bildirib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Qızı tərəfindən öldürülən müğənninin məzarından FOTOLAR YAYILDI
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər