Siyavuş Novruzov: Azərbaycan və Türkiyə tələbələrinin qarşılıqlı təhsil almaları vacibdir
Far.Az xəbər saytı

Siyavuş Novruzov: Azərbaycan və Türkiyə tələbələrinin qarşılıqlı təhsil almaları vacibdir


Azərbaycan və Türkiyə tələbələrinin hərbi, tibbi və digər sahələrdə bir-birinin ölkəsində qarşılıqlı təhsil almaları vacibdir.

"Report" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, Azərbaycanda müxtəlif ölkələrin məktəbləri fəaliyyət göstərir, məsələn, Avropa, yaxud rus məktəbləri:

"Hesab edirəm ki, Türkiyə məktəbləri üstünlük təşkil etməlidir. Türkiyədə hərbi təhsil alan azərbaycanlı tələbələrin ordumuzun gələcəkdə NATO standartlarına uyğun qurulmasında yeri və rolu böyükdür".

S.Novruzov əlavə edib ki, Türkiyədə təhsil alanların Azərbaycana qayıdıb fəaliyyətlərini burada davam etdirmələrinə çalışılmalıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər