Pul verib efirə çıxmaq istəyən müğənniyə qarşı dələduzluq edildi
Far.Az xəbər saytı

Pul verib efirə çıxmaq istəyən müğənniyə qarşı dələduzluq edildi


"Dünya TV"nin efirinə çıxmaq istəyən qadın müğənni dələduzluğun qurbanı olub.

Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, müğənni kimi fəaliyyət göstərən Zeynəb Qasımova tanışı Əlizamin Məmmədova (soyadlar şərtidir) Sumqayıtda yerləşən "Dünya TV"nin efirinə çıxmaq istədiyini bildirib.

Əlizamin bunu 800 manat qarşılığında edə biləcəyini deyib.

Müğənnidən 800 manat alan Əlizamin ona telekanalın əməkdaşları tərəfindən telefon zəngi gələcəyini söyləyib. Zeynəb inanaraq zəngi gözləyib, amma bu baş verməyib. Əlizamin isə Zeynəbdən aldığı pulu xərcləyib.

Qarşı tərəfdən pulunu istəyən ifaçı yalnız 70 manat ala bilib. Pulun qalan hissəsini ala bilməyən Zeynəb Qasımova məhkəməyə üz tutub. Məhkəmə Əlizamin Məmmədova 1 500 manat cərimə kəsib. İndi təqsirləndirilən şəxslə müğənni arasında əldə olunan razılığa əsasən, Əlizamin Zeynəbə hər ay 50 manat ödəməklə pulunu qaytaracaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər