Türkiyə və Azərbaycan arasında din sahəsində əməkdaşlıq müzakirə edilib
Far.Az xəbər saytı

Türkiyə və Azərbaycan arasında din sahəsində əməkdaşlıq müzakirə edilib


Türkiyə və Azərbaycan arasında dövlət-din münasibətləri kontekstində təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə edilib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

"Far.Az" xəbər verir ki, müzakirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun ölkədə səfərdə olan Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Komitə sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunun ölkədə dini həmrəyliyin möhkəmləndirilməsi, sağlam dini düşüncənin təşviqi və dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib.

Forumun mövzusunun dünyəvilik və vicdan azadlığının təşviqi baxımından aktual olduğu qeyd olunub.

Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan-Türkiyə qardaşlığının dini sahədə də nümunəvi əməkdaşlıqla möhkəmləndiyini qeyd edib. O, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Forumun din xadimləri arasında təcrübə mübadiləsinin aparılması və onların peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət Komitəsinin sədri ABŞ-nin Etnik Anlaşma Fondunun nümayəndə heyəti ilə görüşüb
İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər