Dövlət rəmzləri və təltifləri özündə saxlayan obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
Far.Az xəbər saytı

Dövlət rəmzləri və təltifləri özündə saxlayan obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək


Dövlət rəmzləri və təltifləri özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək.

"Far.Az" xəbər verir ki, bu, "Patent haqqında" qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qadağan edilən atributlar aşağıdakılardır:

- dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələri,

- beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə həmin rəmz və nişanların adları və tanınan hissələri;

- təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr, möhürlər, fərqlənmə nişanları, onların adları və tanınan hissələri;

- istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun) razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onların tanınan hissələri.

Sənədə əsasən, göstərilənlər istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun), beynəlxalq və hökumətlərarası təşkilatın səlahiyyətli orqanının razılığı olduğu təqdirdə, qorunmayan element kimi sənaye nümunəsinə daxil edilə biləcək.

Oxşar xəbərlər

İş xanımı ilə fitnesçinin 550 minlik qalmaqalı böyüyür: "Pasportlarda möhürlər var"
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər