Rusiya Ukraynanın Cənub limanına zərbələr endirib, Qara dənizə yağ sızması baş verib
Rusiyanın Ukraynanın Odessa vilayətindəki Cənub limanının infrastrukturuna qarşı hücumları nəticəsində Qara dənizin akvatoriyasına bitki yağının sızması qeydə alınıb.
"Far.Az"un məlumatına görə, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasının teleqram kanalında bildirilib.
Qeyd edilib ki, hücumdan sonrakı ilk iki gün ərzində liman fasiləsiz atəşə məruz qalıb.
Eyni zamanda bildirilib ki, mütəxəssislər akvatoriyanın bonlarla mərhələli şəkildə bağlanmasını həyata keçiriblər. Təhlükəsizlik ilə bağlı vəziyyət sabitləşdikdən sonra bon maneələri tam quraşdırılıb.
Qurumdan qeyd edilib ki, söhbət üzvi maddə olan və təbii bioloji parçalanmaya məruz qalan bitki yağından gedir.
"Ukrayna Dəniz Limanları Administrasiyası bütün aidiyyəti xidmətlərlə birlikdə cari təhlükəsizlik və hava şəraitini nəzərə alaraq, çirklənmənin lokallaşdırılması və daha da yayılmasının qarşısının alınması üçün mümkün tədbirləri görür", - təşkilatın məlumatında bildirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ
Bakıda iki bazarda saxta yağ istehsalı aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













