Mediasiya Şurası dinlərarası münaqişələrin həlli ilə bağlı təklif edilən layihələri qəbul etməyib
Beynəlxalq təşkilatlar Mediasiya Şurasına dini konfessiyalar və dinlərarası münaqişələrin həlli ilə bağlı layihələr təklif ediblər.
"Report" xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: Müasir metod və innovativ yanaşmalar" mövzusundakı panel müzakirədə deyib.
O qeyd edib ki, mediasiyanın çoxsaylı formaları var: ailə daxilində, yaşlılar arasında, sosial baxımdan həssas qruplarla bağlı, icma səviyyəsində və s.
"Bizə konfessiyalar və dinlərarası münaqişələrin həlli ilə bağlı layihələr təklif edildikdə qəbul etmədik. Çünki ölkəmizdə bu problem mövcud deyil. Böyük beynəlxalq qurumlar və müşahidə mexanizmləri də təsdiq edir ki, Azərbaycanda məhz bu sahədə real münaqişə yoxdur. Onlar açıq şəkildə bildirirlər ki, süni şəkildə problem yaratmaq düzgün olmaz, hətta bu təhlükəli nəticələrə də gətirib çıxara bilər", - bildirib.
Sədr vurğulayıb ki, Azərbaycanda dini icmalar və din xadimləri arasında münasibətlər dialoq yolu ilə uğurla tənzimlənir:
"Biz bunu həm dini tədbirlərdə, həm sosial şəbəkələrdə, həm də dövlət televiziyalarında açıq şəkildə müşahidə edirik. Dinlə bağlı mövzular müzakirə olunur, izah edilir və bu proses sağlam müstəvidə davam edir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
Neftimizin qiyməti 104 dolları keçib
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib













