Keti Perrinin keçmiş həyat yoldaşı, məşhur komediyaçı Rassel Brend cinsi zorakılıqda ittiham olunur
İngiltərə polisi məşhur komediyaçı və aktyor Rassel Brendə qarşı yeni cinsi zorakılıq ittihamlarını açıqlayıb. Bir vaxtlar radio aparıcısı kimi də tanınan Brend ABŞ-li pop ulduzu Keti Perrinin keçmiş həyat yoldaşıdır.
Far.Az xəbər verir ki, Scotland Yard-ın məlumatına görə, yeni ittihamlardan biri 2009-cu ilin fevral–mart ayları arasında baş verdiyi iddia edilən təcavüz, digəri isə həmin ilin avqust–dekabr aylarında törədildiyi bildirilən cinsi hücumla bağlıdır. Hadisələrin fərqli qadınlara qarşı baş verdiyi qeyd olunur.
Rassel Brend daha əvvəl 1999–2005-ci illər arasında London və Bornmutda baş verdiyi iddia edilən iki təcavüz, iki cinsi hücum və bir cinsi istismar faktı üzrə ittihamları rədd etmişdi. Bu iddialar 2023-cü ildə Channel 4 və The Sunday Timesın birgə araşdırmasından sonra gündəmə gəlib və polis istintaqı başlanmışdı. Brend ittihamlarla bağlı dəfələrlə günahsız olduğunu bildirib.
50 yaşlı aktyor yeni ittihamlarla əlaqədar 20 yanvar tarixində Vestminster Məhkəməsi qarşısına çıxacaq. Böyük Britaniyanın Krallıq Prokurorluğu iş üzrə kifayət qədər sübut olduğunu və istintaqın ictimai maraqlara uyğun davam etdirildiyini açıqlayıb. Əvvəlki ittihamlarla bağlı məhkəmə prosesinin isə 2026-cı ilin iyununda başlaması planlaşdırılır.
Araşdırma zamanı ən azı dörd qadın jurnalistlərə verdiyi ifadələrdə Brendin zorakılıq və təzyiq göstərdiyini bildirib. Zərərçəkənlərdən biri aktyorun Los-Ancelesdəki evində ona təcavüz etdiyini iddia edib və hadisədən sonra göndərdiyi mesajda "Qadın "yox" deyirsə, bu, yox deməkdir" yazdığını bildirib. Brendin isə buna "üzr istəyirəm" cavabı verdiyi qeyd olunub.
Məlumata görə, Rassel Brend bir müddət cinsi asılılıq səbəbilə müalicə alıb. Son illərdə isə o, 11 sentyabr terror aktları və koronavirus pandemiyası ilə bağlı konspirasiya nəzəriyələrini yayması ilə də diqqət çəkib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













