Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB
Far.Az xəbər saytı

Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB


"Taliban" rəhbərliyi Tacikistanla sərhəddə təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görməlidir.

"Report" Tacikistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, terrorçular sərhədi qanunsuz keçərək sərhəd məntəqəsinə hücum etməyə cəhd göstərib. Bu, son ay ərzində dövlət sərhədində üçüncü silahlı hücum hadisəsidir. Onlar sərhədçilərin təslim olmaq əmrinə tabe olmayaraq müqavimət göstəriblər.

"Döyüş əməliyyatı nəticəsində üç terrorçu öldürülüb. Onlardan silahlar, partlayıcı maddələr və döyüş sursatları müsadirə edilib. Sərhəd qoşunları "Taliban" rəhbərliyinin Tacikistan xalqından üzr istəyəcəyinə və sərhəddə təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görəcəyinə ümid edir", - qurumdan əlavə ediblər.

Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

"Report" xəbər verir ki, bu barədə TASS Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər var.

Qeyd edək ki, Tacikistan və Əfqanıstan 1,3 min kilometr uzunluğunda ümumi sərhədə malikdir. Bunun 1,1 min kilometrdən çoxu su, təqribən 190 kilometri isə quru sərhədidir.

Əməliyyat nəticəsində Tacikistanın Əfqanıstanla həmsərhəd olan Xatlon vilayətinin Şamsiddin Şohin rayonunda sərhədi qanunsuz keçən üç terrorçu zərərsizləşdirilib. Tacikistan sərhəd xidmətinin iki əməkdaşı həlak olub.

Dövlət Komitəsindən bildirilib ki, hazırda Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər