Nazir: Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qanuna uyğun gəlməyən qərarları qəbul etməyəcəyik
Far.Az xəbər saytı

Nazir: Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qanuna uyğun gəlməyən qərarları qəbul etməyəcəyik


Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması ilə bağlı ölkəyə qarşı kampaniyaları aparan şəxslər anlamalıdırlar ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması barədə çağırışların çox şahidi olmuşuq. Ancaq hər bir dövlətin hüququdur ki, ölkə ərazisində insanlıq cinayəti törətmiş şəxsləri həbs etsin. Azərbaycan çox böyük humanistlik edərək 2023-cü ildə antiterror tədbirlərindən sonra siahlı qruplaşmanın üzvü olmuş on mindən çox insanın Ermənistana qayıtmasını təmin edib. Hazırda Azərbaycanda məhkum olunmuş və cinayət prosesi davam edən 23 nəfərə gəldikdə isə onlar ağır cinayət törətmiş şəxslərdir",- o qeyd edib.

Nazir vurğulayıb ki, cinayət prosesi davam edən şəxslərlə bağlı heç bir qərar qəbul edilə bilməz:

"Onların azadlığa buraxılması ilə bağlı Azərbaycana qarşı kampaniyaları aparan şəxslər qəbul etməlidirlər ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər