Paşinyan hakim partiyanın üzvləri ilə seçki kampaniyası strategiyasını müzakirə edib
Far.Az xəbər saytı

Paşinyan hakim partiyanın üzvləri ilə seçki kampaniyası strategiyasını müzakirə edib


Ermənistanın Artaşat icmasında "Vətəndaş Müqaviləsi" partiyasının 7-ci siyasi toplantısı keçirilib.

"Report" erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Toplantı çərçivəsində partiyanın idarə heyətinin sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan və partiyanın seçki qərargahının rəhbəri, baş nazirin aparat rəhbəri Araik Arutyunyan məruzələrlə çıxış edərək toplantı iştirakçılarının suallarını cavablandırıblar.

Qeyd olunur ki, toplantıda partiyanın proporsional siyahısının formalaşdırılması, seçki strategiyası, həmçinin 2026-cı il parlament seçkilərində partiyanın seçki qərargahının fəaliyyəti müzakirə olunub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ermənistanda "Vətəndaş Müqaviləsi" partiyasının 7-ci siyasi toplantısı keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər