Qərb bölgəsində güclü qar yağışı nəqliyyatın hərəkətini çətinləşdirib
Far.Az xəbər saytı

Qərb bölgəsində güclü qar yağışı nəqliyyatın hərəkətini çətinləşdirib


Qərb bölgəsində güclü qar yağması dağlıq rayonlarda avtomobillərin hərəkətinə çətinliklər yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, əlverişsiz hava şəraiti səbəbdən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib.

Bu hal Şəmkir-Gədəbəy yolunun "Yasamal aşırımı" adlanan hissəsində, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun ucqar kəndlərindən keçən hissələrində daha çox müşahidə olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna əsasən bildirilib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.

Dövlət Yol Polisinin əməkdaşları tərəfindən sürücülərə qarlı hava şəraiti səbəbindən yollarda avtomobillərin sürüşməsi, həmçinin digər yarana biləcək məsələlər nəzərə alınaraq idarə etdikləri nəqliyyat vasitələrinlə qəzasız mənzil başlarına çatması üçün ehtiyatlı olmaları, məcbur olmadıqda isə avtomobillə hərəkət etməmələri tövsiyə olunur.

Hava şəraiti səbəbindən yollarda yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar üzrə işlər aparılır.

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ
Kürdəmirdə leysan yağış nəqliyyatın və sakinlərin hərəkətini çətinləşdirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər