Polşa iki il ərzində PUA-lara qarşı müdafiə sistemi yaratmağı planlaşdırır
Far.Az xəbər saytı

Polşa iki il ərzində PUA-lara qarşı müdafiə sistemi yaratmağı planlaşdırır


Polşa iki il ərzində şərq sərhədində pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni müdafiə sisteminin yaradılmasını başa çatdırmağı planlaşdırır.

"Far.Az"un məlumatına görə, bunu "The Guardian" qəzetinə müsahibəsində müdafiə nazirinin müavini Çezari Tomçik bildirib.

"Biz gözləyirik ki, sistemin ilkin imkanlarından təxminən yarım ildən sonra, bəlkə də, daha tez istifadə edə biləcəyik. Tam sistemin yaradılmasının başa çatdırılması üçün 24 ay lazım olacaq," – deyə o qeyd edib.

Tomçik bildirib ki, yeni hava hücumundan müdafiə sistemləri on il əvvəl qurulmuş köhnə müdafiə xəttinə inteqrasiya olunacaq. Nazir müavininin sözlərinə görə, bu xətt çoxsəviyyəli olacaq və pulemyotlar, toplar, raketlər, həmçinin PUA-ları boğma sistemlərini özündə birləşdirəcək.

Qəzetin həmsöhbətinin sözlərinə görə, layihənin dəyəri 2 milyard avro qiymətləndirilir və əsasən, Avropa müdafiə fondu (SAFE), həmçinin büdcə vəsaitləri hesabına maliyyələşdiriləcək.

Oxşar xəbərlər

"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rusiyanın PUA hücumundan sonra Kiyev
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər