Litvada fırtına səbəbindən 7 mindən çox sakin işıqsız qalıb
Far.Az xəbər saytı

Litvada fırtına səbəbindən 7 mindən çox sakin işıqsız qalıb


Küləkli hava Litvanın 7 mindən çox istehlakçısını elektrik enerjisiz qoyub, hava şəraiti səbəbindən Klaypeda dövlət dəniz limanında gəmilərin hərəkəti məhdudlaşdırılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Hidrometeoroloji Mərkəzin nümayəndəsi Yan Vaytkevic LRT milli radiosunun efirində bildirib.

"Gecədən sonra 5,5 min istehlakçı işıqsız qalıb. Lakin səhər də təbiət sakitləşməyib, qasırğa həddində olan külək əsməyə davam edib. Zərər çəkmiş istehlakçıların sayı 7,1 minə çatıb", - o qeyd edib.

Küləyin sürəti saniyədə 31 metrə çatıb. Qasırğa ölkənin qərb hissəsinə güclü zərbə vurub. Klaypeda dəniz limanının rəhbərliyi gəmilərin hərəkətini məhdudlaşdırmağa məcbur olub. Dalğaların hündürlüyü 5 metri keçib.

Oxşar xəbərlər

Xırdalanda 2 min ev quşunun qanunsuz kəsildiyi sexin fəaliyyəti məhdudlaşdırılıb
Prezident İlham Əliyev Cəbrayılın Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Azərbaycanda Energetiklər Günü qeyd olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər