Latviya Rusiya və Belarus sərhədləri boyunca gecə uçuşları qadağasını bir daha uzadıb
Far.Az xəbər saytı

Latviya Rusiya və Belarus sərhədləri boyunca gecə uçuşları qadağasını bir daha uzadıb


Latviyanın aviasiya orqanlarının rəhbərliyi Rusiya və Belarus sərhədləri boyunca bütün növ təyyarələr üçün axşam və gecə uçuşlarına qoyulan qadağanı bir daha uzadıb.

"Report"un məlumatına görə, bu barədə "Riqa" Uçuş Məlumat Bölgəsinin dispetçer xidməti xəbər verib.

"Rusiya və Belarus sərhədləri boyunca axşam və gecə uçuşlarına qoyulan qadağan daha bir həftə - gələn ilin 4 yanvarına qədər uzadılıb", - açıqlamada deyilir.

Xidmətin məlumatına görə, Rusiya və Belarus sərhədindəki hava məkanında uçuşlar hər gün 6 km-ə qədər yüksəklikdə ümumdünya vaxtı ilə saat 17:00-dan 05:00-dək (Bakı vaxtı ilə saat 21:00-dan 09:00-dək) ​​qadağandır.

Əvvəlcə sentyabrda tətbiq edilən qadağa günün sonuna qədər qüvvədə idi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər