Çin suda yerləşən ən böyük günəş stansiyasını milli elektrik şəbəkəsinə qoşub
Far.Az xəbər saytı

Çin suda yerləşən ən böyük günəş stansiyasını milli elektrik şəbəkəsinə qoşub


Çin dünyanın ən böyük dəniz günəş elektrik stansiyasını milli elektrik şəbəkəsinə qoşmağı başa çatdırıb.

"Far.Az" xəbər verir ki, bu barədə "AnewZ" telekanalı məlumat yayıb.

Çin Enerji İnvestisiya Korporasiyasının törəmə şirkəti tərəfindən hazırlanan miqyaslı dəniz fotoelektrik layihəsi, ölkənin şərqində Şandun əyalətində yerləşən Dunyin şəhərinin Kenli rayonunda sahil zolağında yerləşir.

Bu, ölkənin 1 QVt gücündə ilk dəniz günəş elektrik stansiyasıdır.

Açıq dənizdə 1 200 hektardan çox ərazini əhatə edən layihə, təxminən hər biri beş basketbol meydançası böyüklüyündə olan təqribən 3 000 fotoelektrik platformadan ibarətdir. Onlar birlikdə dünyanın su üzərində ən böyük günəş elektrik stansiyasını təşkil edir.

"Guohua Energy Investment Company" tərəfindən inşa edilən qurğu, dəniz mühitinin sərt şəraitində işləmək üçün hazırlanan yeni mühəndislik həllərini özündə birləşdirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Azərbaycanda Energetiklər Günü qeyd olunur
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər