Putinlə Trampın danışığının təfərrüatları açıqlanıb - YENİLƏNİB
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb.
"Report"un "İzvestiya"ya istinadən verdiyi xəbərə görə, tərəflər ukraynalılar və avropalıların irəli sürdüyü sülh planlarının münaqişəni uzatması ilə bağlı ortaq fikirlərini vurğulayıblar.
Nəşr qeyd edib ki, ABŞ Prezidenti Rusiyanın prinsipial əhəmiyyətə dair arqumentlərini diqqətlə dinləyib və bundan sonra iki lider arasında Alyaskada keçirilən görüşdə əldə olunan razılaşmalara arxalanacağını təsdiqləyib.
"Tramp israrla Rusiya ilə Ukrayna arasında münaqişəyə ən qısa zamanda son qoyulmalı olduğu fikrini ortaya ataraq, Ukrayna böhranının onun üçün ən çətinə çevrildiyini etiraf edib. Amerika lideri əlavə edib ki, o, Rusiyanın siyasi və diplomatik nizamlanma istəyinə əmindir və bu əsasda (Ukrayna prezidenti Volodimir) Zelenski ilə danışıqlar aparmağı planlaşdırır", - "İzvestiya" Uşakovdan sitat gətirib.
Bundan başqa, qəzet qeyd edir ki, Rusiya və ABŞ arasında işçi qruplar təhlükəsizlik və iqtisadiyyat sahələrində işini davam etdirəcək.
Tramp Ukraynada müharibənin bitəcəyi təqdirdə ABŞ-Rusiya iqtisadi əməkdaşlığının təsirli perspektivlərini açıqlayıb. Rusiya prezidentinin köməkçisi bu gün axşam Ukrayna tərəfi ilə görüşdən sonra Putin və Tramp bir-birləri ilə telefonla yenidən dərhal danışmağa razılaşıblar.
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" səhifəsində yazıb.
"Bu gün saat 13:00-da Ukrayna Prezidenti Zelenski ilə görüşdən əvvəl Rusiya prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu. Görüş Mar-a-Laqoda baş tutacaq", - Tramp qeyd edib.
O əlavə edib ki, görüşə mətbuat nümayəndələri də dəvət olunub.
Bundan əvvəl Zelenski Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı apardığını bildirib.
Oxşar xəbərlər
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













