Tramp ilə Zelenski arasında danışıqlar başa çatıb - Yenilənib
Far.Az xəbər saytı

Tramp ilə Zelenski arasında danışıqlar başa çatıb - Yenilənib


ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları başa çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Zelenski hazırda Avropa liderləri, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə danışıqlar aparır.

Tərəflərin danışıqları yekunlaşdırmaq və növbəti addımları müəyyən etmək üçün birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Ukrayna lideri Volodimir Zelenskini qəbul edib.

"Far.Az"un məlumatına görə, Ağ Ev rəhbəri jurnalistlərlə qısa söhbətində bildirib ki, Rusiya-Ukrayna müharibəsi "çox tez" bitə bilər.

O qeyd edib ki, Avropa ölkələri müharibə başa çatdıqdan sonra Ukraynada sülhün qorunmasında əhəmiyyətli dərəcədə iştirak edəcəklər.

Eyni zamanda ABŞ prezidenti hesab edib ki, hər iki tərəf sülh istəyir və razılaşmalar son mərhələdədir: "Biz danışıqların son mərhələsindəyik. Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək", - Tramp bildirib.

Oxşar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər