"Kəlbəcər" tankerinin həyəcan siqnalı verməsinə aydınlıq gətirilib
İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.
ASCO-dan "Far.Az"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Bildirilib ki, hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Türkiyə KİV-in məlumatına əsasən, İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tankerdən həyəcan siqnalı daxil olub. 141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatepe" tankerləri toqquşub. Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.
Oxşar xəbərlər
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













