Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Niderlandda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.
Bu barədə "Far.Az"a Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan icma təşkilatlarının rəhbər və üzvləri, eləcə də ölkənin müxtəlif şəhər və əyalətlərində yaşayan çoxsaylı həmvətənlər iştirak ediblər.
Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və azərbaycançılıq ideologiyasına əsaslanan məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, Niderlandda yaşayan Azərbaycan icmasının doğma Vətənə bağlılığından və Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəaliyyətindən bəhs edib, Azərbaycan dövləti tərəfindən diaspor təşkilatlarına göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.
Daha sonra əməkdar artist, kamança ustası Xəyyam Məmmədov və Niderlandda yaşayan azərbaycanlı musiqiçilər - tarzən Cavid Səlimov və xanəndə Sadıx Agamaliyevin ifasında vətənpərvərlik ruhunda Azərbaycan musiqiləri səsləndirilib.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













