Zelenski: Putinin Valdaydakı iqamətgahına dron hücumu feykdir
Far.Az xəbər saytı

Zelenski: Putinin Valdaydakı iqamətgahına dron hücumu feykdir


Vladimir Putinin Valdaydakı iqamətgahına zərbələr ilə bağlı iddiası feykdir.

"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin onlayn formatda suallarını cavablandırarkən deyib.

Ukrayna Prezidenti bildirib ki, heç kim oranı vurmayıb. Onun fikrincə, bu, Rusiya tərəfinin danışıqları pozmaq cəhdi ilə bağlıdır:

"Bu daha çox bir ay ərzində komandalarımızın uğurlu danışıqları və müsbət görüşü ilə bağlıdır. Moskva narahatdır. Bu işlərimizin finalı olaraq Prezident Trampla görüşümüz oldu".

V.Zelenski vurğulayıb ki, ABŞ Prezidentindən sonra Avropa ölkələrinin liderləri ilə görüşəcək.

"Sonra hamımız bir araya gələcəyik ki, müharibənin bitməsi ilə bağlı irəliyə doğru addımlar ataq. Biz istəyirik ki, yanvarda bir çox müxtəlif addımlar atılsın", - V.Zelenski deyib.

O hesab edir ki, Rusiya, bu formatda heç kim üçün hər hansı bir müsbət nəticənin olmasını istəmir: "Buna görə onlar belə ittihamlar irəli sürürlər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər