Gürcüstanda 20 milyon dollar dəyərində heroin müsadirə olunub
Far.Az xəbər saytı

Gürcüstanda 20 milyon dollar dəyərində heroin müsadirə olunub


Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları "qara bazar"da dəyəri təxminən 20 milyon dollar olan 157 kq çəkidə böyük heroin partiyasını müsadirə ediblər.

"Report"un Gürcüstan mediasına istinadən xəbərinə görə, bu barədə brifinq zamanı Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

"Daxili İşlər Nazirliyinin əməkdaşları dekabrın 30-da böyük narkotik partiyasını müsadirə ediblər. İran vətəndaşı saxlanılıb, o, yük maşını ilə qonşu ölkədən Gürcüstana 157 kq heroin gətirib. Narkotiklər mərmər lövhələrin içinə yerləşdirilmişdi", - deyə o bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi cinayətə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi üçün istintaqı davam etdirir.

"İstintaq Cinayət Məcəlləsinin ömürlük həbs cəzasını nəzərdə tutan maddələri üzrə aparılır", - deyə nazir müavini qeyd edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir
Xankəndidə III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər