İranda son üç ilin ən böyük etiraz aksiyaları keçirilir
İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.
"Far.Az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, mitinqlər Tehrana və bir sıra iri şəhərlərə yayılıb.
Qeyd edək ki, etirazlar bazar günü İran paytaxtında "Qapalı bazar"da mağaza sahiblərinin nümayişləri ilə başlayıb və 4 gündür ki, davam edir. Bazar ertəsi, dekabrın 29-da İran Mərkəzi Bankının rəhbəri istefa verib.
Bir neçə KİV-in məlumatına görə, təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir. Silah səsləri və küçə etirazçılarının polisdən qaçmağa cəhd etdiyini əks etdirən görüntülər də yayımlanıb.
Prezident Məsud Pezeşkian ölkənin ali rəhbərliyini etirazçıların haqlı tələblərini dinləməyə çağırıb. "Çərşənbə günü mütəşəkkil qrup Fasada şəhər administrasiyasının binasına girməyə cəhd edib, lakin təhlükəsizlik qüvvələri onların qarşısını alıblar. Qrupun lideri, 28 yaşlı qadın həbs edilib", - Reuters xəbər verib.
"Tasnim News" agentliyi yerli rəsmiyə istinadən xəbər verir ki, hadisə zamanı onlardan 4-ü saxlanılıb, 3 təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













