Gürcüstan Serbiya ilə azad ticarət sazişi bağlamağı planlaşdırır
"Gürcüstan 46 ölkə və bir inzibati vahidlə azad ticarət sazişi imzalayıb ki, bu da ölkənin ixracının 87%-ni əhatə edir".
"Far.Az" xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Gennadi Arveladze ilin yekunlarına dair açıqlama verərkən bildirib.
Onun sözlərinə görə, bu sazişlər sayəsində Gürcüstan məhsulları 2,3 milyard nəfərlik istehlak bazarına çıxış əldə edib. Arveladze qeyd edib ki, Gürcüstan yaxın vaxtlarda Serbiya ilə azad ticarət sazişi üzrə danışıqlara başlamağı planlaşdırır.
"İsraillə aktiv məsləhətləşmələr aparılır, Cənubi Koreya ilə danışıqlar artıq yekunlaşıb və hazırda hüquqi proseslər gedir".
Gennadi Arveladze əlavə edib ki, ixracın coğrafiyası da genişlənib: "Bu il Gürcüstan malları 134 ölkəyə satılıb. Eyni zamanda, onların 70-də ixrac, 20-də isə iki dəfə və ya daha çox artıb".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













