Yəmənin Ədən aeroportu Səudiyyə Ərəbistanı və BƏƏ arasındakı gərginliyə görə bağlanıb
Yəmənin Ədən Beynəlxalq Hava Limanında uçuşlar cümə axşamı dayandırılıb. Bu, Fars körfəzi ölkələri – Səudiyyə Ərəbistanı və BƏƏ arasında dərinləşən böhranın son əlaməti kimi qiymətləndirilir.
"Far.Az"un "Reuters"ə istinadən məlumatına görə, hava əlaqəsi BƏƏ-yə uçuşlara qoyulan məhdudiyyətlərlə bağlı mübahisə səbəbindən dayandırılıb. Hadisənin dəqiq səbəbləri və məsuliyyət daşıyan tərəf barədə ziddiyyətli versiyalar mövcuddur.
Agentliyin məlumatına görə, husilərin nəzarətində olmayan terminalda sərnişinlər uçuşlarını gözləyirlər.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanındakı mənbənin sözlərinə görə, məhdudiyyətlər yalnız Ədən və BƏƏ arasındakı uçuşlara aiddir, məqsəd isə artan gərginliyi azaltmaqdır. Yəmən Nəqliyyat Nazirliyi isə hər hansı məhdudiyyətin tətbiqini təkzib edir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 30 dekabr səhər tezdən məhdud hərbi əməliyyat çərçivəsində çərşənbə axşamı səhər erkən saatlarda Yəmənin Hədraməvt əyalətindəki liman şəhəri Əl-Mükəllaya zərbələr endirib.
Yəməndə artıq 10 ildən çoxdur ki, vətəndaş qarşıdurması davam edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən dəstəklənən Prezident İdarəetmə Şurası hakimiyyəti bərpa etmək üçün husilərlə mübarizə aparır. İranın dəstəklədiyi husilər isə paytaxt Sənanı və ölkənin şimalını nəzarətdə saxlayır.
Son vaxtlar BƏƏ tərəfindən dəstəklənən və Cənubi Yəməni ayırmaq istəyən Cənub Keçid Şurası (CKŞ) da fəallaşıb.
CKŞ nümayəndələri 4 dekabrda neftlə zəngin Hədraməvt vilayətində mühüm əraziləri, əhəmiyyətli şəhərləri və neft yataqlarını nəzarətə götürdüklərini açıqlayıblar. 9 dekabrda isə Mehra vilayətinin ələ keçirildiyi bildirilib.
Yəmən Prezident İdarəetmə Şurası CKŞ-i Hədraməvt və Mehra vilayətlərindən qüvvələrini çıxarmağa çağırsa da, Şura bunu etməyib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













