Şahbuzda qarın hündürlüyü 43 sm-ə çatıb
Far.Az xəbər saytı

Şahbuzda qarın hündürlüyü 43 sm-ə çatıb


Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində zəif qar yağışı müşahidə edilib.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Far.Az"un yerli bürosuna verilən məlumata görə, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.

Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6 sm, Axura kəndində 9 sm, Şahbuz rayonunda isə 5 sm təşkil edir.

Bildirilib ki, Kükü ərazisində qar örtüyünün hündürlüyü 37 sm, Biçənəkdə 43 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 sm ölçülüb.

Bəzi ərazilərdə qar yağışı fasilələrlə davam edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 20 sm-ə çatıb
Bu ərazidə qarın hündürlüyü 25 sm-ə çatıb
Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 35 sm-ə çatıb
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər