KİV: Almaniyada bankdan 100 milyon avro dəyərində qiymətli əşyalar oğurlanıb
Far.Az xəbər saytı

KİV: Almaniyada bankdan 100 milyon avro dəyərində qiymətli əşyalar oğurlanıb


Almaniyanın Gelzenkirxen (Şimali Reyn-Vestfaliya) şəhərindəki "Sparkasse" bankından naməlum şəxslər tərəfindən oğurlanan qiymətli əşyaların ümumi dəyəri 100 milyon avrodan çoxdur.

"Far.Az"un məlumatına görə, bu barədə "Bild" qəzeti mənbələrinə istinadən xəbər yayıb.

Zərər əvvəlcə təxminən 30 milyon avro qiymətləndirilib. "Sparkasse"nin filialı Milad tətili üçün bağlanıb. İlkin məlumatlara görə, oğrular yaxınlıqdakı dayanacaqdan binaya daxil olaraq divarda böyük dəlik açıblar. İçəridə təxminən 3 200 seyf qutusunu açıblar, qızıl da daxil olmaqla, içindəkiləri oğurlayıblar və qaçıblar. Soyğunçuluq hadisəsi 29 dekabr səhəri aşkar edilib.

Qəzetin məlumatına görə, 2 500-dən çox əmanətçi zərər çəkib. Zərərin miqyasına görə, bu, Almaniya tarixindəki ən böyük soyğunçuluq hadisələrindən biridir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Almaniyada bankdan 30 milyon avroya yaxın vəsait oğurlanıb
Dayanacaqdan ŞİKAYƏT - "Yağışdan qorunmaq əvəzinə..."
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər