BMT-nin Baş katibi Venesueladakı vəziyyətdən narahatdır
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın Baş katibi Antonio Quterreş adından Venesuelada baş verənlərlə bağlı bəyanatla çıxış edib.
Bu barədə "Far.Az"un ABŞ bürosu xəbər veirr.
Qeyd olunub ki, Baş katib Venesuelada baş verən son eskalasiyadan, xüsusilə də bu gün ABŞ-nin ölkə ərazisində həyata keçirdiyi hərbi əməliyyatdan dərin narahatlıq keçirib. Onun sözlərinə görə, bu hadisə region üçün ciddi və narahatedici nəticələr doğura bilər.
Venesueladakı vəziyyətdən asılı olmayaraq, sözügedən hadisələrin təhlükəli presedent yaratdığı vurğulanıb.
Baş katib bütün tərəflərin beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə tam şəkildə hörmət etməsinin vacibliyini bir daha diqqətə çatdırıb. O, beynəlxalq hüquq normalarına əməl olunmamasından ciddi narahatlığını ifadə edib.
Bəyanatın sonunda Baş katib Venesueladakı bütün tərəfləri insan hüquqlarına və hüququn aliliyinə tam hörmət əsasında inklüziv dialoqa qoşulmağa çağırır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













