Ərdoğan: 2025-ci ildə ixracatımız 273,4 milyard dollara çatıb
Far.Az xəbər saytı

Ərdoğan: 2025-ci ildə ixracatımız 273,4 milyard dollara çatıb


2025-ci il ixracatımız əvvəlki ilə nisbətən 4,5% artaraq 273,4 milyard dollara çatıb.

"Far.Az" xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında bölüşüb.

"Beləliklə, ölkə tariximizin ən yüksək illik ixracatını reallaşdırdıq" , – sözlərindən sonra Ərdoğan qeyd edib ki, dekabrda ixracdan əldə olunan gəlir 26,4 milyard dollardır və bu, Türkiyənin ən yüksək aylıq göstəricisidir.

Onun sözlərinə görə, ixracatda ilk yer 57,8 milyard dollarla İstanbula aiddir. Digər yerləri Kocaeli, İzmir, Bursa və Tekirdağ tutur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bayramdan sonra Bakı: Səssiz küçələrin danışan mənzərəsi - FOTOREPORTAJ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər