Qrenlandiyanın Baş naziri: ABŞ rənglərində ada xəritəsi hörmətsizliyi göstərir
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Millerin həyat yoldaşı tərəfindən "X"də paylaşılmış ABŞ bayrağının rənglərindəki ada xəritəsi hörmətsizliyi nümayiş etdirir, lakin təşvişə düşməyə heç bir səbəb yoxdur.
"Report"un məlumatına görə, siyasətçi bunu feysbukdakı səhifəsində yazıb.
Nilsen qeyd edib ki, Keti Millerin "X" sosial şəbəkəsində paylaşdığı şəkil heç nəyi dəyişdirmir: ölkə satılmır, Qrenlandiyanın gələcəyi isə sosial media paylaşımları ilə müəyyən edilmir.
Baş nazir ölkələr arasında münasibətlərin Qrenlandiyalıların statusunu və hüquqlarını nəzərə almayan simvolik təyinatlar üzərində deyil, beynəlxalq hüquq və hörmət üzərində qurulduğunu vurğulayıb. "Hökumət işini sakit və məsuliyyətlə davam etdirir, dialoq aparır və ölkənin maraqlarını qoruyur, beynəlxalq oyun qaydalarına riayət edir", - Nilsen qeyd edib.
O, əlavə edib ki, panikaya düşməyə heç bir səbəb yoxdur, amma hörmətsizlik barədə qətiyyətli olmaq üçün səbəb var.
Oxşar xəbərlər
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













