Baku.ws saytının 22 yaşı tamam olur
Baku.ws saytının 22 yaşı tamam olur.
"Far.Az" xəbər verir ki, Baku.ws yarandığı ilk gündən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında sözünü deməyi bacarıb.
Bu gün Baku.ws Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. Saytda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda, dünyada baş verən son xəbərləri izləmək mümkündür.
Baku.ws 22 il ərzində Azərbaycanda etibarlı xəbər resurslarından birinə çevrilərək statusunu bu günədək qoruyub saxlayır.
Baku.ws-ə məxsus sosial şəbəkələr də ölkədə ən çox izlənən səhifələr sırasındadır.
Eyni zamanda Azərbaycanda təşkil olunan xeyriyyə aksiyaları da saytın daima diqqətində olub. Baku.ws 22 il ərzində bir çox xeyriyyə aksiyalarına qatılıb, ehtiyacı olan və aztəminatlı insanlara dəstək olub, onların problemlərinin həllində yaxından iştirak edib.
Bir sözlə, Baku.ws 22 ildə bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.
"Far.Az" İnformasiya Agentliyinin kollektivi Baku.ws-də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!
Oxşar xəbərlər
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Peşəkarlıq və operativlik - Baku.ws saytının 21 yaşı tamam olur
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub













