Avropa Komissiyası: Qrenlandiyanın statusunu yalnız onun sakinləri həll edə bilərlər
Far.Az xəbər saytı

Avropa Komissiyası: Qrenlandiyanın statusunu yalnız onun sakinləri həll edə bilərlər


Avropa İttifaqı (Aİ) Venesuela və Qrenlandiya ətrafındakı vəziyyətin eyni olmadığı qənaətindədir.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

"Xatırladım ki, Qrenlandiya ABŞ-nin müttəfiqidir və eyni zamanda NATO-nun üzvüdür. Bu, böyük fərqdir. Buna görə də biz Qrenlandiyanı tam dəstəkləyir və Venesuelada baş verənlərlə müqayisəni qətiyyən mümkün hesab etmirik", - o deyib.

P.Pinyonun sözlərinə görə, Avropa İttifaqı Danimarkanın və Qrenlandiyanın ərazi bütövlüyünü dəstəkləyir, Qrenlandiyanın statusu məsələsini isə yalnız onun sakinləri həll edə bilərlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfrans keçirilir
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Finlandiya və Norveç ABŞ-nin Qrenlandiya ilə bağlı açıqlaması fonunda Danimarkanı dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər