Tramp: ABŞ 600 milyard dollar məbləğində gömrük rüsumları əldə edib
Far.Az xəbər saytı

Tramp: ABŞ 600 milyard dollar məbləğində gömrük rüsumları əldə edib


ABŞ Prezidenti Donald Tramp tətbiq olunmuş tariflər sayəsində ölkənin 600 milyard dollardan çox vəsait əldə etdiyini və bundan sonra da edəcəyini bildirib.

"Report" xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"Biz gömrük rüsumlarından 600 milyard dollardan çox vəsait əldə etmişik və əldə edəcəyik. Media bu barədə danışmaq istəmir. Tariflər sayəsində ölkəmiz maliyyə və milli təhlükəsizlik baxımından daha güclü və nüfuzlu olub", - paylaşımda qeyd olunub.

Trampın sözlərinə görə, onun bəyanatı ABŞ-nin tarif siyasəti ilə bağlı Ali Məhkəmənin iclasının keçiriləcəyi ilə əlaqədardır. O, bunu tarixdə ən vacib qərarlardan biri adlandırıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər