Türkiyənin tanınmış media influenserləri Azərbaycanın sənaye-investisiya potensialı ilə tanış olub
Far.Az xəbər saytı

Türkiyənin tanınmış media influenserləri Azərbaycanın sənaye-investisiya potensialı ilə tanış olub


Türkiyənin tanınmış sosial media influenserlərindən ibarət nümayəndə heyəti Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası, sənaye və investisiya potensialı ilə tanışlıq məqsədi ilə ölkəyə səfər edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Türkiyədə Azərbaycan Ticarət Nümayəndəliyinin Aparatının təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində qonaqlar Bakı, Şuşa, Xankəndi və Ağdam şəhərlərində, həmçinin Ağdam Sənaye Parkında olublar.

Səfər zamanı influenserlərə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası, sənaye və investisiya potensialı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib. Qonaqlara bildirilib ki, Ağdam Sənaye Parkı regionun sənaye mərkəzlərindən birinə çevrilməkdədir və burada yerli və xarici investorlar üçün geniş imkanlar yaradılıb.

Eyni zamanda, Şuşa və Xankəndi şəhərlərində aparılan abadlıq, infrastruktur və mədəni irsin bərpası istiqamətində görülən işlər diqqətə çatdırılıb, bu ərazilərin turizm və mədəniyyət baxımından böyük potensiala malik olduğu vurğulanıb. İnfluenserlər səfər təəssüratlarını, gördükləri inkişaf nümunələrini və yeni reallıqları sosial media platformalarında geniş izləyici auditoriyası ilə bölüşüblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər