Sədərəkdə müəllim və şagirdlər yeni tədris dərs ilində məktəbə velosipedlərlə gəliblər
Far.Az xəbər saytı

Sədərəkdə müəllim və şagirdlər yeni tədris dərs ilində məktəbə velosipedlərlə gəliblər


Sədərəkdə müəllim və şagirdlər yeni tədris dərs ilində məktəbə velosipedlərlə gəliblər.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb.

Amma burada kollektiv yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər.

Kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın ismarışını verməklə yanaşı, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəməxsus töhfələrini veriblər.

Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilir və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.

Oxşar xəbərlər

Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər