Fidan: Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxınıq
Far.Az xəbər saytı

Fidan: Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxınıq


Dörd ildir davam edən Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxın olduğumuzu düşünürəm.

"Report" Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "İstəklilər koalisiyası"nın Parisdə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, sülhün açarı olan bir sıra məsələlər fövqəladə şəkildə müzakirə edilir.

"Sülh müqaviləsi imzalancağı təqdirdə, bu, sadəcə Ukraynada müharibəni bitirən sülh anlaşması olmayacaq, eyni zamanda, yeni dönəmdə Rusiya ilə Avropa arasındakı sülhün mümkün modellərini, həmçinin Rusiyanın regionla bağlı siyasətini də müəyyən edəcək anlaşma olacaq".

H. Fidan bildirib ki, mümkün sülh çərçivəsində Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə tərəfi məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər