Moskva ABŞ-ni "Marinera" gəmisindəki rusiyalıların qaytarılmasını təmin etməyə çağırıb
Far.Az xəbər saytı

Moskva ABŞ-ni "Marinera" gəmisindəki rusiyalıların qaytarılmasını təmin etməyə çağırıb


ABŞ "Marinera" adlı saxlanılan gəmidə olan rusiyalıların tezliklə Vətənə qayıtmasına mane olmamalıdır.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.

"Ekipaj üzvləri arasında Rusiya vətəndaşlarının olması ilə bağlı məlumatları nəzərə alaraq, ABŞ tərəfinin onlara humanist və ləyaqətli münasibət göstərməsini, hüquq və maraqlarına riayət etməsini, həmçinin tezliklə Vətənə qayıtmalarına mane olmamasını tələb edirik", - qurumdan bildirilib.

Qeyd olunur ki, rəsmi Moskva ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən "Marinera" gəmisini ələ keçirməsi ilə bağlı məlumatları diqqətlə izləyir.

Xatırladaq ki, yanvarın 4-də ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalında çıxışı zamanı ölkəsinin Venesuela nefti daşıyan neft tankerini saxlamaları və narkotik daşınmasında istifadə olunan katerlərə zərbələr endirməyə davam edəcəklərini bildirib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dünya məşhurlarını neçə milyon insan izləyir? - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər