Azərbaycanda quş qripi xəstəliyinə yoluxma halı aşkarlanıb? - RƏSMİ
Respublika ərazisində 2025-ci ilin 17-21 noyabr və 8-12 dekabr tarixlərində aidiyyəti qurumların iştirakı ilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, 34 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb edilib.
Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycanda quş qripinə yoluxma aşkarlanmayıb - RƏSMİ
AQTA: Monitorinqlərdə quş qripi xəstəliyinin törədicisi aşkarlanmayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













